tələb
olunan sənədlər:
1. filialın qeydiyyatı üçün notarial qaydada təsdiq
olunmuş ərizə;
2. filialın yaradılması, rəhbərinin
təyin edilməsi
və əsasnamənin
təsdiq edilməsi
barədə həmin
filialı yaradan xarici hüquqi şəxsin qərarının
əsli və ya notariat
qaydasında təsdiq edilmiş surəti
və rəhbərin
şəxsiyyətini təsdiq
edən sənədin
surəti;
3. filialı yaradan xarici hüquqi şəxs
və ya onun səlahiyyətli
nümayəndəsi
tərəfindən təsdiq
edilmiş əsasnamə (2
nüsxədə);
4. filialın təsisçisi
olan xarici hüquqi şəxsin xarici ölkədə
qeydiyyatını təsdiq edən sənədlərin
notariat yaxud leqallaşdırılma qaydasında təsdiq
olunmuş surəti;
5. filialı yaradan xarici hüquqi şəxs
tərəfindən
filialın idarə edilməsi
üçün rəhbərə
verilmiş etibarnamənin əsli
və ya notariat yaxud leqallaşdırılma qaydasında təsdiq
olunmuş surəti;
6. dövlət rüsumunun ödənilməsini
təsdiq edən sənəd;
7. ərizə səlahiyyətli
şəxs tərəfindən
imzalandıqda və ya səlahiyyətli
şəxs tərəfindən
müraciət olunduqda, etibarnamə, səlahiyyətli
şəxsin şəxsiyyətini
təsdiq edən sənədin
surəti;
8. istəyə
görə vergi ödəyicisinin
əlavə dəyər
vergisinin məqsədləri
üçün qeydiyyata alınması haqqında ərizə;
9. istəyə
görə bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın
alınması üçün ərizə;
10. filial üçün möhürün sifariş edilməsi.
dövlət rüsumunun məbləği 300
manat təşkil edir.
filialın qeydiyyata alınması 2 gün ərzində həyata
keçirilir.
XÜSUSİ QEYD: Miqrasiya Məcəlləsinə əsasən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialın rəhbəri və rəhbərin müavini vəzifəsini tutması müvəqqəti yaşayış üçün əsas sayılır və bu şəxslərə iş icazəsinin alınması tələb olunmur.