Ətraflı hüquqi izah
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı, ölkə ərazisinə daxil olarkən aşağıdakı vizalar olmalıdır
- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda - şəxsi səfər vizası;
- Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda - istənilən viza;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya bankda həmin məbləğdə pul vəsaiti olduqda - istənilən viza;
- Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda - işgüzar (biznes) və ya əmək vizası;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda - işgüzar (biznes) viza;
- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda – elm və ya təhsil vizası;
- Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda - humanitar səfər vizası;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda - işgüzar (biznes) viza, rəsmi səfər vizası, əmək vizası, müalicə vizası, mədəniyyət və idman vizası;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda - şəxsi səfər vizası;
- İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda - cəlb olunduğu sahəyə uyğun viza;
Rəsmi mənbələr
Bu məqalə ümumi məlumat xarakterlidir və konkret işin hallarına əsaslanan hüquqi məsləhəti əvəz etmir. Qanunvericilik dəyişə bilər; qərar verməzdən əvvəl aktual qaydaları yoxlayın.