Azərbaycan Vergi Məcəlləsinə edilən son dəyişikliklər mikro sahibkarlar və xidmət sahəsində çalışanlar üçün mühüm vergi güzəştləri gətirir:
🔹 Gəlirin 75%-i gəlir vergisindən azaddır
İT, tərcümə, dizayn, hüquq, təhsil, media, turizm və xidmət ixracı sahələrində çalışan, 45 000 AZN-dək illik gəliri olan fiziki şəxslər gəlirin 75%-i üzrə vergi ödəməyəcək.
🔹 Qeydiyyatdan keçmiş mikro bizneslərə əlavə üstünlüklər
Əgər ən azı 3 işçiniz varsa və sosial sığorta borcunuz yoxdursa, fəaliyyət sahəsindən asılı olmayaraq 75%-lik vergi güzəşti tətbiq edilir.
🔹 Sığorta üzrə vergi azadolmaları
3 ildən çox qüvvədə olan həyat və pensiya sığortası müqavilələri üzrə fiziki şəxslərə ödənişlər gəlir vergisindən azaddır (yalnız 2025-ci il yanvarın 1-dən sonra bağlanan müqavilələr).
🔹 Yaşıl enerji layihələri
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində bərpa olunan enerji istehsalı ilə bağlı layihələr üzrə 30 ilədək gəlir vergisindən azadolma qüvvədədir.
🔹 Mədəniyyət sahəsində ƏDV geri qaytarılır
1 iyul 2025-ci ildən etibarən teatr, muzey, kino və konsertlərə nağdsız ödəniş edən şəxslərə ƏDV-nin 50%-i geri qaytarılacaq.
🔹 Mənfəət vergisindən 90%-lik azadolma
Teatrlar, muzeylər, film istehsalçıları və orkestr müəssisələri 1 yanvar 2025-ci ildən etibarən 5 il ərzində gəlirin 90%-i üzrə vergi ödəməyəcək.
📌 Bu dəyişikliklər kiçik və orta sahibkarlığın inkişafına, mədəniyyətə, texnologiyaya və yaşıl investisiyalara yeni imkanlar yaradacaq.
28 Feb 2026
27 Feb 2026
27 Feb 2026
23 Feb 2026
18 Feb 2026
18 Feb 2026