AZ EN RU
https://wa.me/994502464056 https://www.facebook.com/attorney.az.llc https://www.instagram.com/attorney_az_llc/
Ana Səhifə / Bloqlar / Xarici məhkəmələrin kommersiya mübahisələri üzrə qərarların Azərbaycanda tanınması və icrası

Xarici məhkəmələrin kommersiya mübahisələri üzrə qərarların Azərbaycanda tanınması və icrası

Xarici məhkəmələrin kommersiya mübahisələri üzrə qərarların Azərbaycanda tanınması və icrası
Xarici məhkəmələrin kommersiya mübahisələri üzrə qərarların Azərbaycanda tanınması və icrası

Xarici məhkəmələrin kommersiya mübahisələri üzrə qərarların Azərbaycanda tanınması və icrası qaydalarına aşağıdakılar aiddir:

1. qərar AR qanunvericiliyinə və hüquq qaydasına zidd deyildirsə.

2. qərarlar qarşılıqlı təminatlandırılmışdırsa.

Xarici dövlətin məhkəmə qərarının məcburi icrası barədə ərizəyə aşağıdakılar əlavə edilir:

1.  xarici dövlətin məhkəmə qərarının qanuni qüvvəyə minməsi barədə təsdiq qeydi.

2.  cavabdehin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsi təsdiqi.

3.  iş üzrə tərcümə olunmuş sənədlər.

Ərizəyə, işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə, açıq məhkəmə iclasında baxılır.

Qərarın məcburi icra edilməsi və tanınmasından aşağıdakı hallarda imtina edilə bilər:

1. işə baxılması AR məhkəməsinin müstəsna səlahiyyətinə (yurisdiksiyasına) aiddirsə.

2. cavabdeh prosesdə iştirak etmək imkanından məhrum olduqda.

3. AR məhkəməsinin eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qərarı olduqda.

4. qərar xarici dövlətin ərazisində qanuni qüvvəyə minmədikdə.

5. qərarın icrası AR suverenliyinə və qanunvericiliyinin əsas prinsiplərinə zidd olarsa.

6. qarşılıqlılıq xarici dövlət tərəfindən təmin edilmədikdə.

7. arbitraj müqaviləsinin tərəflərindən biri müəyyən dərəcədə fəaliyyət qabiliyyətini itirdikdə və ya müqavilə tərəflərin tabe olduqları qanunla etibarsız hesab edildikdə.

8. arbitraj müqaviləsində nəzərdə tutulmayan mübahisə üzrə qərar qəbul edildikdə.

9. məhkəmənin tərkibi və ya arbitraj qaydaları tərəflərin razılığına uyğun gəlmədikdə.

10. qərar tərəflər üçün məcburi olmadıqda və ya ləğv edildikdə və ya xarici dövlətin məhkəməsi tərəfindən ləğv edildikdə və icrası dayandırıldıqda.

Digər Yeniliklər